- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
30 iyul – 5 avqustda Romada gənc güləşçilərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk olaraq mübarizəyə “klassiklər” başlayacaq.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə heyətdə Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Kamran Mirzəliyev (63 kq), Məmmədəli Həsənov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq) və Nəzərşah Fətullayev (87 kq) yer alıblar.
1-3 avqustda mübarizəyə gənc qızlar qoşulacaq. Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi ilə İtaliyaya Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) yollanacaqlar.