- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Sabah Antalyada gənc güləşçilərin “Çempionlar” turniri start götürəcək. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək ənənəvi yarışda Türkiyə, Azərbaycan, Polşa, Norveç, Qazaxıstan, İtaliya, Almaniya, Danimarka və Gürcüstandan ümumilikdə 400 idmançı iştirak edəcək.
“Sərbəstlər”də böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi ilə Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Əbülfəz Nəsirov, Ramik Heybətov (hər ikisi – 65 kq), Məhəmməd-Bəşir Xaniyev, Sabir Cəfərov, Kənan Heybətov (70 kq), Namus Orucov (74 kq), Soslan Tigiyev, Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov və Zəfər Əliyev (92 kq) mübarizə aparacaqlar.
Yunan-Roma güləşində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi ilə Fərid Sadıxlı (55 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi – 60 kq), Ziya Babaşov, Təvəkgül Həziyev, Fərid Baxışlı (63 kq), Kənan Abdullazadə, Fərid Xəlilov (67 kq), Urfan Həsənli, Qurban Qurbanov, Ruslan Nurullayev (72 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq) və Heybulla Qistarov (130 kq) ölkəmizi təmsil edəcək.
Qızların yarışında isə, böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə Zemfira Həşimova, Əsmər Canqurtaran (hər ikisi – 50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Nərgiz Səmədova, Firuzə Məcidova, Züleyxa Seyidəliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) çıxış edəcəklər.
2-ci dərəcəli beynəlxalq hakim Zaur Şərifov turnirdə ədaləti qoruyacaq.