- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edir.
Üçüncü yarış günündə mübarizə aparan gənc qızlardan ibarət yığmamızın üzvləri Türkan Nəsirova (44 kq) və Leyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isə bürünc medala sahib olub.
Yarışların dördüncü günündə 48, 55, 63 və 72 kq çəkidə gənc qızlar mübarizə aparır. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
48 kq
1/8 final – Oksana Livaç (UKR) – Ayan Məmmədova
55 kq
1/16 final – Alyona Kolesnik – Julie Steffler (CAN)
63 kq
1/4 final – Raqnetta Qurbanzadə – Eliana Szabo (HUN)
72 kq
1/8 final – Anastasia Şutova (UKR) – Səbirə Əliyeva
Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.