Gənc sərbəst güləşçilər Mazandaranda qüvvələrini sınayacaq

3-6 fevralda İran İslam Respublikasının Mazandaran şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək.

Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 9 üzvü qonşu respublikaya yollanıb. Heyətdə Əliabbas Rzazadə, Röyal Ağamalıyev (hər ikisi 50 kq), Rakif Eminov (55 kq), Tofiq Sadıqlı (60 kq), Pənah İlyaslı (66 kq), Sənan Əlizadə (74 kq), Murad Xalıqov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Rüstəm Haçberov (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.

Həmin kateqoriyadan