- Baxış sayı: 301
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 33
- Dekabr 05, 2025
- 0

Dağıstan Respublikasının Xasavyurd şəhərində gənc sərbəst güləşçilər arasında “Dostluq – Qafqaza sülh” (“Дружба – Мир Кавказу”) 38-ci beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Rusiya, Azərbaycan, Qazaxstan, Ukrayna, Ermənistan, Özbəkistan, Latviya, Litvadan 170-dən artıq pəhləvan mübarizə aparıb.
Bahadırlarımız yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar. Bütün rəqiblərindən üstün olan Orxan Abbasov (66 kq) turnirin qızıl medalını qazanıb. Murad Xaliqov (84 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) yalnız final görüşündə uduzublar. Bürünc medalı millimizə Məhəmməd Abdullayev (60 kq) qazandırıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.