- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Romada gənc güləşçilərin Avropa birinciliyi sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışın son günlərində mübarizəyə “sərbəstlər” qoşulub.
Məşqçilər Rövşən Hacıyevin və Nazim Əlicanovun komandası rəqabəti 3 gümüş və 4 bürünc medalla tamamlayıb. İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq) və Əshab Həmzətov (92 kq) 2-ci yerlə kifayətləniblər.
Bürünc mükafatları Əliabbas Rzazadə (57 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq) və Rahid Həmidli (125 kq) qazanıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Elman İsmayılov təmsil edib.