- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Mazandaran vilayətinin Behşəhrində Şəhid Həşim Nejad kuboku uğrunda beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, İran, Gürcüstan, Rusiya və Ermənistan komandalarının iştirak etdiyi sınaqda sərbəst güləş üzrə gənclərdən ibarət yığmamızın üzvləri də mübarizə aparıblar.
Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi ilə 10 bahadırımız qüvvəsini sınayıb. Milli turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.
Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərindən üstün olublar. Yalnız final görüşündə uduzan Əliməhəmmdə Əlixmayev (97 kq) gümüş medalla kifayətlənib.
Ən aşağı çəki dərəcəsində Əsgər Məmmədəliyev (57 kq) 3-cü yer tutub. Həlledici görüşdə güləşçimiz Ermənistan təmsilçisindən üstün olub. Digər bürünc medalları isə yığmamıza Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) qazandırıblar.
Komanda hesabında yığmamız 2-ci nəticə göstərib. Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.