- Baxış sayı: 309
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0
Romada gənc güləşçilərin Avropa birinciliyi keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışın son günlərində, 3-5 avqustda mübarizəyə qoşulacaq “sərbəstlər”imiz sabah İtaliyaya yola düşəcəklər. Məşqçilər Rövşən Hacıyevin və Nazim Əlicanovun rəhbərliyi ilə rəqabətdə 10 bahadır yer alıb.
Bunlar Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmoyev (97 kq) və Rahid Həmidlidir (125 kq).