- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Saxa (Yakutiya) respublikasının paytaxtı Yakutskda olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə gənc sərbəst güləşçilər arasında 5-ci beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, məşqçisi Rövşən Hacıyevin rəhbərliyi ilə mübarizə aparan millimiz 1 gümüş və 1 bürünc medal qazanıb.
Yalnız final görüşündə uduzan Asxab Həmzətov (96 kq) 2-ci, Əbubəkr Abakarov (74 kq) 3-cü yer tutub. Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Tural Əliyev təmsil edib.