- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Antalyada gənc güləşçilərin “Çempionlar” yarışı keçirilir. Allsport.az saytı xəbər verir ki, mübarizənin 3-cü günündə Rövşən Hacıyevin rəhbərlik etdiyi “sərbəstlər”imiz uğurlu çıxış edib.
Turan Bayramov (65 kq) və Əbubəkr Abakarov (79 kq) bütün rəqiblərinə qalib gəlib. Sənan Əliyev (97 kq) bürünc medal qazanıb. Dünən Elmar Kazımov (70 kq) və Əshab Həmzətov (92 kq) gümüş medalla kifayətləniblər.
Qızların yarışında Ceyla Nağızadə (65 kq) 1-ci, Ayşən Yusifova (53 kq) və Jalə Əliyeva (62 kq) 3-çü olub.