Gənc sərbəst və yunan-Roma güləşçilərin ölkə birinciliyi keçiriləcək

23-24 fevralda Bakı İdman Sarayında gənc sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində bu idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşqləri təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edəcək.

Hər gün səhər saat 10:00-da başlayacaq yarışların təntənəli açılış marasimi fevralın 23-də saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Turnirin proqramına əsasən, fevralın 23-də sərbəst, 24-də isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcəklər.

Həmin kateqoriyadan