- Baxış sayı: 32
- 17 Dekabr 2024 16:36
- Baxış sayı: 72
- Dekabr 17, 2024
- 0
Azərbaycan üzgüçülük federasiyasının idmançısı beynəlxalq turnirdə 7 medal qazanıb.
Allsport.az xəbər verir ki, 2010-cu il təvəllüdlü üzgüçümüz Yeqor Maynitskiy 14-16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 50 metr məsafədə brass üsulunda bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanib. İdmançımız brass üsulunda 100 və 200 metr məsafələrdə də birinci olub. Bundan başqa Maynitskiy 200 metr məsəfəni qarışıq üsulda da hamıdan birinci finişə çatıb. Digər məsafə və üzmə üsullarında da gücünü sınayan üzgüçümüz 400 metr məsafəni qarışıq üsulda və 50 metri sərbəst üsulda 2-ci üzüb. 50 metr məsafəni kəpənək üsulda üzən idmançımız 3-cü olub. Beləliklə Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürünc medal qazanıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb.