- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Yunan-Roma güləşçilərimiz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında tarixi uğura yetişib. Allsport.az saytı xəbər verir ki, millimiz məsul yarışda 10 çəkinin 8-də təmsil olunmasına baxmayaraq, komanda hesabında dünya 2-cisi olub.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi ilə Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov dünya çempionu olublar. Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıblar. Seçməmiz 119 xalla 2-ci yer tutub. İran (174) 1-ci, Ukrayna (93) 3-cü sıranı tutub.
119 xal bu yaş qrupu üzrə dünya çempionatlarında yunan-Roma güləşi üzrə yığmamız üçün yeni rekorddur. Həm medalların əyarına, həm də sayına görə son 8 ilin ən yaxşı nəticəsi də qeydə alınıb.