- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
13-14 mayda Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənc yunan-Roma güləşçilərin beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə qonşu ölkədə 13 idmançımız qüvvəsini sınayacaq.
Bunlar Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev, Elvin Mustafayev (hər ikisi – 55 kq), Kamran Mirzəliyev, Elnur Musayev (60 kq), Cavid Miralayev (74 kq), Tuncay Vəzirzadə, Aslan Məmmədov (84 kq), Tehran Əminzadə, Soslan Fanziyev, Nizami Şəmilov, Sayqidməhəmməd Ömərov (96 kq) yer alıb.
Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Zakir Məmmədov təmsil edəcək.