- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu gün gənclər və idman nazirliyində gənc stolüstü tennisçilərlə görüş oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə nazir müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat katibi Səmayə Məmmədova, sektor müdiri Nicat Həsənov, stolüstü tennis federasiyasının vitse-prezidenti Fazil Məmmədov, yığma komandanın üzvləri iştirak etdilər. Parlaq nailiyyət münasibətilə idmançılarımızı təbrik edən İsmayıl İsmayılov, finalda Rusiya kimi komandaya qəlbəni çox böyük nailiyyət saydı.
ASTF-in vitse-prezidenti Fazil Məmmədov bu nəticənin stolüstü tennisində xüsusi yer tutduğunu dedi: “Bu, Azərbaycanın ilk belə qələbəsidir. İşimizi düzgün qurmuşuq. 2015-2020-ci illər üçün hazırlıq planımız var. Artıq müəyyən nəticələr var. Xaricdən mütəxəssislər cəlb edib, inkişafı sürətləndirdik. Dünya təcrübəsində də belədir. Hər yaş qrupunda istedadlı idmançılarımız var”.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov da komandanı təbrik edərək, bu uğurun idmançılara əlavə stimul verəcəyini söylədi. Milli komandaların baş məşqçisi Mixail Timofeyev, millinin üzvü Nəzakət Qarayeva və Ning Jing də qələbədən danışdılar. Qeyd edək ki, bu stolüstü tennisçi şəxsi yarışda da qızıl medal qazanıb.