“Gənclərimiz böyük perspektiv vəd edir”

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 3 medal qazanan sərbəst güləş üzrə milli Vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.   

Millinin böyük məşqçisi Arif Abdullayev mundial barədə danışıb:

“Dünya çempionatında 3 bürünc medal qazandıq, bir idmançımız da 5-ci yeri tutdu. 71 xal toplayaraq, komanda hesabında dünya 4-cüsü olduq. Avropa ölkələri arasında ən yaxşı nəticəni göstərdik. Bundan da yaxşı nəticə əldə edə bilərdik. Yusif Dursunov iranlı güləşçiyə sonuncu xal prinsipinə görə məğlub oldu. Əsas ümidlərimiz böyük arasında Avropa mükafatçısı olmuş Ağanəzər Novruzova idi, Ancaq nəticə gözlədiyimiz kimi olmadı. Bəzi idmançılarımız fərdi səhvlərə görə məğlub oldular. Ümumi götürəndə nəticə qənaətbəxşdir. Gənclərimiz böyük perspektiv vəd edir. Bu səhvləri aradan qaldırsalar, böyük nəticələr əldə etməyə qadir olacaqlar”.

Həmin kateqoriyadan