- Baxış sayı: 222
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

III MDB oyunları çərçivəsində Şəki olimpiya idman kompleksində bədii gimnastika üzrə yarışlara yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə komandası halqalarla və gürzlərlə qrup hərəkətlərində üçüncü olub.
Fərdi yarışda Nur Sadıqova halqalarla bürünc medal qazanıb, Azadə Atakişiyeva isə topla gümüş medala sahib olub.
Bundan başqa, Fidan Qurbanlı gürzlərlə gümüş medala yiyələnib, lentlərlə hərəkətlərdə isə Azadə Atakişiyeva ikinci yeri tutub.