- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya media tur təşkil edilib. Allsport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə U-17 milli komandanın böyük məşqçisi Taleh İsrafilov jurnalistlərə açıqlamasında bunları deyib:
“Gimnaziyada güləşin ilk addımlarıdır. Yunan-Roma güləşində artıq gimnaziyanın yetirmələrindən biri uğur qazanıb. Hüseyn Vəlizadə məhz burada təhsil almağa başlayandan sonra U-15 Azərbaycan çempionatının qalibi olub və Avropa çempionatında bürünc medal əldə edib. Burada hər şey yüksək səviyyədə qurulub.
Azərbaycan güləşinin inkişafına böyük töhfə verəcək. Belə davam etsə, gimnaziyada gələcəyin olimpiya medalçıları yetişəcək. Xarici dillər təmayüllü olduğu üçün gimnaziyada təhsil alan güləşçilər xarici dil biliyini də inkişaf etdirmək imkanı qazanır. Bu da yarışlarda onların köməyinə çatır. İstər müsahibə, istərsə də hakimlərlə ünsiyyət zamanı xarici dil biliyi vacibdir”.