- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bahadırlıq sənətinin daha populyarlaşması və marağın artırılması məqsədilə Dünya Güləş Birliyi qaydalarda mütəmadi olaraq dəyişikliklər edir. Allsport.az saytı xəbər verir ki, yeniliyə əsasən, sərbəst güləşdə bütün qayda pozuntuları (xalçadan kənara qaçma, rəqiblə təmasdan qaçma, qaydalar zidd hərəkətlər) xəbərdarlıq və rəqibə 2 xal verilməsi ilə nəticələnəcək. Həmçinin sərbəst güləşdə ayaq üstə edilən və təhlükəli vəziyyətlə yekunlaşmayan bütün atmalar 2 xalla qiymətləndiriləcək.
Sərbəst güləşdə yüksək amplituda ilə icra edilən fənd təhlükəli vəziyyətlə yekunlaşarsa 5 xal, təhlükəli vəziyyət qeydə alınmazsa 4 xalla qiymətləndiriləcək. Habelə 30 saniyə fəallıq vaxtı sonunda güləşçilərdən hər hansı biri xal almazsa passiv olan güləşçinin rəqibinə görüş dayandırılmadan 1 xal veriləcək, aktivlik vaxtı tətbiq olunan güləşçiyə xəbərdarlıq verilməyəcək.
Yunan-Roma güləşində passivliyə görə tətbiq edilən parter qaydası ləğv edilib. Bu qaydada hər hansı dəyişiklik edilməyib. Görüş zamanı xalça hakimi və yan hakim səhv qərar verərsə, xalça rəhbəri qərarı müzakirə edərkən onlarla birgə video-təkrara baxa biləcək. Qanayan zədələnmələr zamanı həkimə müraciət üçün 4 dəqiqə vaxt ayrılacaq. Digər zədələnmələrdə əvvəlki qayda tətbiq ediləcək.
Aprelin 8-9-da Bolqarıstanda təşkil olunacaq Dan Kolov-Nikola Petrov beynəlxalq turnirində passivliyə görə məcburi parter tətbiq edilməsi qaydası bir daha sınaqdan keçiriləcək və yekun qərar ondan sonra veriləcək. Martın 28-dən aprelin 2-dək Macarıstanda keçiriləcək 23 yaşadək güləşçilər arasında Avropa çempionatı isə partersiz sistem ilə təşkil olunacaq.