ÖZƏL
Güləş federasiyası azərbaycanlı olimpiya çempionunu milliyə baş məşqçi gətirtmək istəyir

İranlı məşqçi heyətinin Rio oyunlarından sonra qovulması nəticəsində, yunan-Roma güləşi üzrə millinin sükanı bir müddətdir başsız qalıb. AGF, hələlik, bu vəzifəni yerli mütəxəssis Akif  Əliyevə tapşırsa da, yanaşı olaraq, çalışdırıcı axtarışını davam etdirir. Öncə bu vəzifəyə gənclər üzrə böyük məşqçi Şaban Donatın gətirilməsi söyləndi, amma rəhbərlik sonradan qərarından vaz geçərək, onu postunda saxladı.

Allspor.az saytına daxil olan məlumata görə, hazırda AGF Belarusda yaşayan həmyerlimiz Kamandar Məcidovla danışıq aparır. Olimpiya çempionu bu ölkənin yığma komandasından ayrılandan sonra işsiz qalıb. Ehtimal edilir ki, maliyyə şərtləri razılaşdırılmadığından, bu anlaşma hələ baş tutmayıb.

Həmin kateqoriyadan