- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Buradan Azərbaycana salam göndərirəm. Bütün görüşlərim rahat keçdi. İlk ikisində tam üstünlüklə qələbə qazandım”. Allsport.az xəbər verir ki, bunu I MDB oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə deyib.
55 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, yalnız qazaxıstanlı İsxar Kurbayevlə yarımfinal qarşılaşması çətin alınıb: “Şükürlər olsun, onu da keçdim. Finalda isə rusiyalı Qurban Konaliyevə 7:2 hesabı ilə qalib gələrək çempion oldum. Zəhmətim yerdə qalmadı”.
Quluzadə final görüşündə 0:2 hesabı geridə olmasına baxmayaraq, əzmkar qələbə qazanmasına da toxunub: “Məşqçim dedi ki, tələsmə. Mən də onun dediklərini edib, xallar qazandım. İkinci hissədə isə rəqibi parterə salıb. qələbə qazandım”.
Güləşçi ilk dəfə təşkil olunan yarışla bağlı təəssüratlarını da bölüşüb: “Federasiya bizim üçün hər bir şəraiti yaradıb. Təlim-məşq toplanışları keçdik. İlk dəfə keçirilən yarışda qızıl medal qazanıb tarixə keçdim. Çox gözəl hissdir. İnanıram ki, bundan da böyük nailiyyətlər əldə edəcəyəm”.