- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Güləş federasiyasının rəhbərliyi yunan-Roma millimizin iranlı məşqçi heyətini ilə yolunu ayırıb. Allsport.az saytına daxil olan məlumata görə, bu növdə komandamızın Rio-2016-da çıxışı AGF-i qane etməyib. Onlar yaradılan yüksək şərait müqabilində olimpiyaçılarımızdan ən azı, bir final gözləyirdi.
Amma Braziliyada «klassiklər»imizin qazancı cəmi 2 bürünc medal oldu. Bu, son 3 olimpiadada ən aşağı nəticədir. Gəzən söz-söhbətdə, rəhbərlik gənclər üzrə böyük məşqçi Şaban Donatı millinin başına gətirmək istəyir. Türkiyəli son dövrdə ağıllı siyasəti ilə idman ictimaiyyətinin etimadını qazanıb. Amma başqa yabançı ölkədən məşqçinin dəvət edilməsi də istisna deyil.
Əldə etdiyimiz bilgiyə görə, bu günlərdə baş məşqçi Cəmşid Xeyrabadi Bakıya gələrək mükafatı alıb, burada qalmayıb, dərhal Arazın o tayına qayıdıb. Digərləri də Bakıdan bütün şəxsi əşyalarını aparıblar. Yerli mütəxəssislər indiki vəziyyətdən narahatdır. Çünki iranlı çalışdırıcılar bizimlə işlədikləri illərdə komandamızın daxili təlim-məşq toplanışlarını video görüntüyə alıblar. Onların ehtimalına əsasən, həmin çəkilişlər İranın və ya başqa əsas rəqiblərimizin əlinə keçə bilər.