- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Güləş federasiyası yeni məkana köçəcək. Bu barədə allsport.az saytına məlumat daxil olub. Bildirilir ki, milli komandaların təlim-məşq bazası Heydər Əliyev prospekti 2-də («Ekselsior» mehmanxanasının ərazisi) yerləşdiyindən, rəhbərlik tərəfindən vaxtaşırı çalışmalara nəzarət etmək olmur.
Bu üzdən AGF yeni təqvim ilindən otüsü hokkeyin binasında yerləşəcək. AzHF-ə xitam verildiyindən, orada otaqların əksəriyyəti boş qalıb. Üstəlik, Güləş Olimpiya Mərkəzi də eyni məkandadır. Yerdəyişmə ümumi işi daha asanlaşdıracaq, KİV-in federasiya və güləşçilərdə əlaqəsini bir qədər də tənzimləyəcək.
Qeyd edək ki, AGF uzun müddətdir «Yeni həyat»ın «Abşeron» mehmanxanasının arxa tərəfində yerləşən binasının 3-cü mərtəbəsində məskunlaşıb. 2007-ci ildən federasiyanın prezidenti Fazil Məmmədovdur.