- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
«O olmasın, bu olsun» filminin sonunda bir epizod var. Məşədi İbad toy qabağı bəylərlə hamamda yuyunur. Sonda hərə öz hesabını ödəmyə gələndə, lotular şuluq salır, hərə bir bəhanə gətirir. Sonda Həsən bəy belə deyir: «Pardon, pardon, mən başa duşmədim, bu hamamdakı sudur, ya bozbaş? Mən burda qalmaram. Bu hamamçı Məşədi isə …» Yaxşı söz işlətmir. İndi onun sözü olmasın, Güləş federasiyasının saytında xəbərləri oxuyanda, bilmirsən nədir – səhv, başqasından köçürmə, anlaşmazlıq və təkrarçılıq baş alıb gedir. 30 mart tarixində ««Zəfər kuboku» ilk gün: 4 qızıl, 1 gümüş və 3 bürünc medal» sərlövhəli xəbərdə yeniyetmə güləşçilərimizin Türkiyədə yarışda iştirakında yazır. Amma məlumatın ortasında qızlarımızın uğurunu qadın kimi qələbə verir. İnformasiyanı hazırlayan mətbuat katibi hələ anlamır ki, idmanda müxtəlif yaş dərəcələri var: uşaqlar, yeniyetmə-gənc oğlan və qızlar böyüklərə şamil edilmir. Yeniyetmə və ya gənc qıza necə qadın demək olar? Nə olsun onlar qadın cinsindəndilər. İş ondadır ki, bu yanlışlıq növbəti günün xəbərində də gedib. Demək, Mayis Musayevin KİV-dən öyrənəsi hələ çox ibtidai bilgi var.
Anlaşılmayan məqam yenə Zəfər kuboku ilə bağlı məlumatdadır. Bilmirsən, fərqlənən yeniyetmə qız güləşçinin adı Elnurdur və ya Elnurədir. Çünki aprelin 1-2-də yerləşdirilən xəbərlərdə Məmmədova fərqli adlarda təqdim edilib. Adətən xanımlara Elnurə adı qoyulur. Demək, bu növbəti səhv informasiyadır.
Sonra, xəbərin ilk cümləsində yarışın hansı yaş kateqoriyası, növ, kişilər, yoxsa qadınlar üzrə keçirildiyini qeyd edir. Ardınca, bizdən söz açanda, yenə bunu yazır. Həmçinin, baş məşqçilərin adı gələndə də. Bəllidir ki, yeniyetmələr-gənclər öz yaş qrupunda, böyüklər öz həmyaşıdları ilə mübarizə aparacaqlar. Qadınlarla kişilərlə, yunan-Romaçılar «sərbəstlər»lə güləşəsi deyillər ki. Federasiyada da işi bilən bir nəfər yoxdur ki, qayıdıb deyə, şəxsi mətbuat katibi olanda nə olar, düz yaz da; AGF saytı bu qara günə qalmamalıydı, axı.
Ayın 24-də Güləş Olimpiya Mərkəzində yunan-Roma güləşçilərin Avropa çempionatı öncəsi açıq məşqçi keçirilib və həmin təlim-məşq toplanışının gedişində Dağıstana yollanacaq heyət açıqlanıb. Sonra baş məşqçi Şabat Donat KİV-ə müsahibə verib. Mətbuat katibi sual-cavabı özü yazmaq əvəzinə, onu sia.az-dan başlıqla belə «kopi-past» edib. Həmin müsahibənin yerləşdirilmə zamanlamasında bu aydır görünür. Yaxşı yadımdadır, Rio oyunlarından qayıdan olimpiyaçılarımızda Heydər Əliyev adına beynəxalq hava limanında qarşılanmada, sərbəst güləş yığmamızın o vaxtkı baş məşqçisi Saypulla Absəidovdan (AFFA yanında media komitəsinin bu idman növü ilə bağlı layihə yazısı üçün) aldığım müsahibəni olduğu kimi allsport.az-dan götürüb, həmin dövrdə bu layihə ilə bağlı əməkdaşlıq etdiyi – «kopi-past»da məşhur olan – saytda yerləşdirmişdi. Həmin fakt indiyədək arxivimdə qalmaqdadır.
Birisigün Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı başlayacaq. Hələlik bütün diqqəti bura yönəldəcəyəm. Sonra komandaları cənginə alan dopinqdən və Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin federasiyanı rəsmi saytına açıqlamasında «ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar olacaq» deməklə, nəyə işarə vurmasının açmasını yazacağam. Saytımızı izləyin…
K.HACI