ÖZƏL
Güləş federasiyasının hakimlər kollegiyasının sədri vəzifəsindən uzaqlaşdırılıb

Keçmiş baş katib Əjdər Cəfərovun son adamı da «vuruldu»

Güləş federasiyasının hakimlər kollegiyasının sədri Bəhmən Tələbi tutduğu vəzifədən azad edilib. Bu barədə allsport.az saytına məlumat daxil olub.

Bildirilir ki, rəhbərlik yunan-Roma güləşi üzrə milli komandamızda iranlı məşqçi heyətindən sonra, onu da işdən uzaqlaşdışmaq qərarına gəlib. Sözü gedən mütəxəssis İran vətəndaşı olub, uzun müddət dölkəsində hakimlik edib, bir neçə Yay olimpiya oyunlarında ədaləti qoruyub.

Təqaüdə çıxdıqdan sonra AGF-in keçmiş baş katibi Əjdər Cəfərovun dəvətinə əsasən Azərbaycana gəlib və hakimlər kollegiyasının sədri vəzifə təyin olunub. Ona qədər ölkəmizin tanınmış və hörmətli referilərindən Qərib Əliyev bu postu tuturdu. Hələlik bu vəzifə boş qalıb. Rəhbərlik kimə etimad göstərəcəyi ilə bağlı məsləhətləşmə aparır.

Həmin kateqoriyadan