- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Mayın 10-da Gənclər və İdman Nazirliyində güləş federasiyasının seçki konfransı keçirilmişdi. Allsport.az saytı xəbər verir ki, Azad Rəhimov toplantıda Namiq Əliyevin yenidən AGF-ə dəvət olunduğunu və 1-ci vitse prezident vəzifəsində çalışacağını diqqətə çatdırmışdı.
Bununla yanaşı, cənab nazir, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın adi vitse-prezident postunda qalacağını demişdi. O vaxtdan bəri xeyli müddət keçsə də, awf-az.org-da «rəhbərlik» bölməsində bu dəyişiklik öz əksini tapmamışdı. Bu gün məsələ artıq həll olunub, vəzifəli şəxslər çəkilərərinə uyğun öz yerlərini alıblar.
Saytımız iyunun 1-də yerləşdirilən «İ-S dərəcəli hakimlərimiz Güləş federasiyasının diqqətində olmasalar da, allsport.az-ın nəzərindədirlər» başlıqla yazıda eyni nöqsanı «hakimlər» bölməsində aşkarlamış və öz bunu qeyd etmişdi. Bir müddət keçəndən sonra, mətbuat katibi Mayis Musayev köhnəlmiş məlumatlar yeniləyib, dərəcəsi yüksələn və enən referilərin adları düzgün yazılıb.