- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dünən ölkə başçısı İlham Əliyevin Cərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub. Öncəki nazir Fazil Məmmədovun bundan sonra hansı vəzifədə çalışacağı bəlli deyil. Amma o, hələ Güləş federasiyasının prezidenti olaraq qalır.
Allsport.az saytına daxil olunan bilgiyə görə, AGF-nin yeni rəhbəri vergilər nazirinin müavini Sahib Ələkbərov olacaq. Adı çəkilən dövlət rəsmisi hazırda velosiped və güləş federasiyalarının vitse-prezidentidir. Daxili toplantıdan sonra yaxın günlərdə növbədənkənar seçkinin keçirilməsi nəzərdə tutulub.
Sahib Ələkbərov işində bacarıqlı olduğu bə özünü sübut etdiyi idman ictimaiyətinə bəllidir. Bu üzdən yeni vergilər naziri onun AGF prezidenti olmaqla bağlı təklifin əleyhinə deyil. Həm də burada iş yükü də var. Mikayıl Cabbarov hazırda badminton və qılıncoynatma federasiyalarının başçısıdır.