- Baxış sayı: 235
- 25 Mart 2026 04:32
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

Yunan-Roma güləş millisinə yeni baş məşqçi dəvət edilib. Allsport.az saytına daxil olan məlumata görə, o, Arazın o tayından Məhəmməd Bənadır. 67 yaşlı mütəxəssisin ölkəsində və dünyada nüfuzu böyükdür.
İran millisi onun rəhbərliyi ilə London olimpiadasında 3 qızıl medal qazanıb (Omid Noruzi, Qasım Rezaei və Həmid Sourian). Məhəmməd xoca İranın yunan-Roma güləşi tarixinin ən uğurlu məşqçisi hesab olunur. London-2012-dən sonra ona Azərbaycandan təklif gəlib. Amma müəyyən səbəblərdən onun keçidi baş tutmayıb.
Məhəmməd Bəna ilə 1-illik müqavilə nəzərdə tutulub. Gələn ilin 7-10 yanvarında keçirləcək ölkə çempionatını izləyənlər sırasında o da yer alacaq.