Güləş nümayəndəsi ilk dəfə BOK-un icraiyyə komitəsinə seçilib

Koreyanın Pxençxan şəhərində Beynəlxalq Olimpiya Komitəsinin 132-ci yığıncağı təşkil edilib. Allsport.az saytı xəbər verir ki, toplantı zamanı BOK icraiyyə komitəsinə seçkilər də keçirilib. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç qarşıdakı 4 il müddətinə quruma üzv seçilib.

Bu idman növü üzrə seçilən ilk təmsilçi kimi tarixə düşən serbiyalı güləş adamı Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi BOK İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, idmanın güləş növünün inkişafı yolunda bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb.

 

Həmin kateqoriyadan