Güləş ön mövqedə yerini itirir: AGF adi MDB oyunlarında da digər aparıcı idman növlərindən geri qaldı

8 oktyabrda Azərbaycanın 7 şəhərində III MDB oyunlarına rəsmən sona yetdi. Allsport.az saytı xəbər verir ki, 12 gün davam edən gərgin mübarizədə ev sahibi 33 qızıl, 56 gümüş və 95 bürünc medal qazanmaqla ilk dəfə komanda sıralamasında 2-ci oldu. Bu dəfə də gözlər aparıcı olimpiya idman növlərinə – güləş, cüdo, boks və taekvondoya tikilmişdi. Sevindiricidir ki, yeni sınaqda üzgüçülərimiz etimadı doğrultdular – öncə keçirilmiş MDB oyunları ilə müqayisədə bu dəfə nəinki medal qazandılar, hətta 2 dəfə fəxri kürsünün zirvəsinə qalxdılar – cəmdə onların qənimətləri 2 qızıl, 5 gümüş və 6 bürünc oldu. Oyunların proqramına salınan digər idman növlərində də fərqlənmələr sevindiricidir.   

Paris-2024-də öndərliyi cüdoya buraxan Azərbaycan güləşi, 3 bürünc mükafatla taekvondo və boksdan da geri qaldı və Atlanta-1996 yay olimpiya oyunlarından bəri ilk dəfə final görüşünə həsrət qaldı. Uğursuz ənənə MDB oyunlarında da davam etdi. Durum o həddə çatmışdı ki, yarışın son günlərinədək milli və aparıcı idman növümüz üzgüçülükdən belə geri qalırdı. Yunan-Roma güləşində əldə olunan 3 qızıl daşları yerinə oturtsa da, AGF yenə əsas rəqiblərini önə buraxdı. Taekvonçularda 1 qızıl güləşdən əskik olmalarına rəğmən, bu növdə rəqabət gənclərdə olduğundan, əmsal və çəki baxımından onlar da üstün vəziyyətdədirlər…

Göygöl olimpiya idman kompleksi
Cüdo – 6 qızıl, 7 gümüş, 9 bürünc (34 idmançı: 18 oğlan, 16 qız)
Oğlanlar – 2 qızıl, 5 gümüş, 5 bürünc
Qızlar – 3 qızıl, 2 gümüş, 4 bürünc
Qarışıq komanda – 1 qızıl

Yeniyetmələrdə baş məşqçi Emin İsgəndərov, məşqçi Nicat Şıxəlizadə və Kotaro Sasakinin rəhbərliyi ilə Zeyd Ələsgərov (60 kq), Fəxri Sahibzadə (66 kq) qızıl, Məhəmmədəli Hüsüyev (55 kq), Röyal Qayibov (60 kq), Hüseyn Hüseynov (66 kq), Məhəmməd Ağakişiyev (81 kq), Sübhan Axundov (+90 kq) gümüş, Anar Quliyev (50 kq), İbrahim Talıbov (55 kq), Sadiq Məmmədov (73 kq), Nürəddin Əliyev (90 kq) və Tunar Fərzəliyev (+90 kq) bürünc medala nail olublar.

Bu yaş qrupunda qızlarda baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədovun rəhbərliyi ilə Gülşən Hüseynova (44 kq), Könül Eyvazova (48 kq), Nərmin Ağamirzadə (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar; Sunay Salamova (40 kq), Nəzakət Əliyeva (57) gümüş, Xədicə Abdullayeva (44 kq), Aysun Məmmədova (52 kq), Fidan Cəlilli (70 kq) və Zemfira Əliyeva (+70 kq) bürünc medala sahib çıxıblar.

Yevlax olimpiya idman kompleksi
Boks – 6 qızıl, 5, gümüş, 13 bürünc (37 idmançı: 26 oğlan, 11 qız)
Oğlanlar
– 5 qızıl, 9 bürünc
Qızlar –
1 qızıl, 5 gümüş və 4 bürünc

Oğlanların döyüşündə baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi ilə Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq), Səfdər Məmmədzadə (+80 kq) baş mükafata yiyələndilər; Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi – 57 kq), Toğrul Quliyev (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq) və İsmayıl Vəliyev (80 kq) 3-cü oldular.

Qızların mübarizəsində baş məşqçi İlkin Ağayev və məşqçi Anar Baxışovun rəhbərliyi ilə Gülər Hüseynova (48 kq) qızıl, Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) gümüş, Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruqəyya (57 kq) və Səma Abbasova (66 kq) bürünc medala yetişdilər.

Gəncə olimpiya idman kompleksi
Güləş
– 5 qızıl, 6 gümüş, 9 bürünc (27 idmançı: 20 oğlan, 7 qız)
Oğlanlar
– 5 qızıl, 6 gümüş, 5 bürünc
Qızlar
– 4 bürünc

Yunan-Roma güləşində yeniyetmələrdən ibarət seçmənin böyük məşqçisi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun  rəhbərliyi ilə Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion oldular. Yusif Mirzəyev (48 kq), Nicat Yeylaqaliyev (80 kq) 2-ci, Hikmət Haqverdiyev (55 kq) 3-cü yer tutdular.
Sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyevin rəhbərliyi ilə Rəvan Həsənzadə (48 kq) ilə Nihad Abbasov (71 kq) himnimizi səsləndiriblər; Hacıhüseyn Əhmədzadə (51 kq), Rəşid Nəzərov (60 kq), Hüseyn İsmayılov (65 kq), Əli Hacıyev (80 kq) gümüş, Hüseyn Rzazadə (45 kq), İbrahim Süleymanov (55 kq), Amin Nəsibov (92 kq) və Hakim Tağıyev (110 kq) bürünc mükafatı boyunlarından asdırıblar.
Qızlarda məşqçi Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi ilə Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Xədicəxanım Talıbova (53 kq) və Əsra Məmmədli (57 kq) bürünc medala seviniblər.

Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzi
Taekvondo –
4 qızıl, 2 gümüş, 16 bürünc (28 idmançı: 16 oğlan, 12 qız)
Oğlanlar – 2 qızıl, 2 gümüş, 7 bürünc
Qızlar – 2 qızıl, 9 bürünc

Qadın millisinin baş məşqçisi Elnur Amanov, gənclərdə baş məşqçi Rəşad Məmmədov, böyük məşqçi Zahid Məmmədov, məşqçi Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi ilə Ziya Həsənli (63 kq), Vasif Səlimov (68 kq) 1-ci, Ümid Rəhimzadə (54 kq), Elcan Əliyev (74 kq) 2-ci, Tamerlan Yaqubov (54 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi – 58 kq), Rza Əsədli (80 kq), Allahverdi Məmmədov, Zeynal Əliyev (87 kq) və Xan Məmmədzadə (+87 kq) 3-cü sırada qərarlaşdılar; gənc qızlarda Rəşad Məmmədov, məşqçi Fəridə Əzizova Humay Dadaşova (46 kq), Məryəm Məmmədova (53 kq) 1-ci, Səlimə Quliyeva (46 kq), Səmərrux Osmanova (49 kq), Zemfira Həsənzadə (49 kq), Nilufər Borji (53 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi – 57 kq), Nərgiz Kazımova (62 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (67 kq) bürünc mükafat qazandılar.

Həmin kateqoriyadan