- Baxış sayı: 37
- 20 Aprel 2025 11:23
- Baxış sayı: 78
- Aprel 20, 2025
- 0
Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilib.
Allsport.az xəbər verir ki, 54-cü dəfə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Bəhreyin, Belarus, Macarıstan, Dominikan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər iştirak edib.
Ənənəvi turnirdə böyük məşqçi Cəbrayıl Həsənovla məşqçi Şərif Şərifovun rəhbərliyi altında millimizin bir neçə üzvü mübarizə aparıb. Güləşçilərimiz 2 qızıl və 3 bürünc medal qazanıb.
Əli Rəhimzadə (65 kq) və Aslan Abakarov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi – 70 kq) və Şamil Zubairov (92 kq) isə üçüncü yeri tutub.