- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Güləş üzrə milli komandalarımız reytinq xarakterli beynəlxalq yarışlara hazırlıqları davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu dəfə təlim-məşq toplanışı Türkiyədə keçir. Bu məqsədlə hər 3 növ üzrə yığmamızın üzvləri İstanbuldadır.
Ayın əvvəlindən qardaş ölkəyə yollanan yunan-Romaçılar iştirak etdiyi hazırlıqda Hindistan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Estoniya, Litva, Ukrayna və Moldova komandaları da var. Milli 20-22 iyulda Vəhbi Əmrənin xatirə turnirdə qüvvələrini sınayacaq.
Digər 2 komandamız ötən həftədən etibarən İstanbulda təlim-məşq toplanışına başlayıb. “Sərbəstlər” Hindistan, Belarus, Ukrayna və Tatarıstan komandaları ilə birgə toplanışdadır. Qadın güləşçilərin təlim-məşqində Türkiyə və Hindistan komandaları da iştirak edirlər.
Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz 27-29 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.