- Baxış sayı: 307
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Allsport.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.
Martda 60 kq-da U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. Əliyev sırayla ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türkiyəli Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyükhesablı qələbə qazanıb. Elmir finalda ukraynalı Marko Voloşinə də tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.
Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb – 5:8. Rəqib finaladək irəlilədiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mustafayev çexiyalı Matous Yankeviçi mübarizədən kənarlaşdırıb – 3:0. Fəraim türkiyəli Furkan Erkenə də 13:10 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.
Etibar Rzayev (87 kq) ilk mərhələdə finlandiyalı Elias Liiskiyə 2:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rumıniyalı Patrik Qordanla bacarmayıb – 2:9.