- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Fevralın 1-dən 5-dək Xorvatiyada açıq Zaqreb turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilin ilk reytinq yarışında ökəmiz 31 bahadırla təmsil olunacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə “sərbəstlər”in heyətində Əliabbas Rzazadə, İslam Bazarqanov (hər ikisi – 57 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev, Hacımurad Hacıyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmməddov (97 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıblar.
Qadın güləşçilərin yarışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi – 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) mübarizə aparacaq.
Yunan-Roma güləş millimiz isə daha geniş tərkibdə iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi – 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (87 kq), Arif Niftullayev, Zamir Məhəmmədov, Murat Lokyayev (97 kq), Sabah Şəriəti, Beka Kandelaki və Sərxan Məmmədov (130 kq) təmsil edəcəklər.