- Baxış sayı: 37
- 16 Oktyabr 2024 16:47
- Baxış sayı: 73
- Oktyabr 17, 2024
- 0
Azərbaycan güləş federasiyası güləşçilər üçün seminar keçirib.
Allsport.az xəbər verir ki, seminarda məruzəçi Ülkər Nəbiyevanın təqdimatında müasir dövrdə idmançıların media və ictimaiyyətlə kommunikasiya qurmasının metodları, bu sahədə mövcud olan problemlər, tövsiyələr diqqətə çatdırılıb, müxtəlif hadisələrdən nümunələr səsləndirilib. Bu zaman güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.
Seminarın son mərhələsində güləşçilərlə mövzuyla əlaqədar praktiki iş aparılıb.
Güləş federasiyası idmançılar və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.