- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
14-16 sentyabrda Minskdə 3-qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə qran-pri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda 2 komandamız qüvvəsini sınayacaqlar.
Sərbəst güləşçilərin mücadiləsində baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi ilə ölkəmizi Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi – 86 kq), Şərif Şərifov (92 kq), Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.
Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət millinin 8 üzvü turnirdə iştirak edəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov orada Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyevaya (76 kq) fürsət verəcək.
Görüşlərin idarə edilməsində 2-ci dərəcəli beynəlxalq hakim Elman İsmayılov yer alacaq.