- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0

Yığma komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və 4-cü İslam 0yunlarına hazırlıqları davam etdirir. Allsport.az saytı xəbər verir ki, yunan-Roma və sərbəst güləşçilərimiz Olimpiya Güləş Mərkəzində, qadınlar Kiyevdə Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər.
Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə aprelin 17-dən başlayıb və 30-dək davam edəcək.
Məlumat üçün bildirək ki, Avropa çempionatı 2-7 mayda Serbiyanın Novi Sad şəhərində başa tutacaq. Bakı-2017-də güləş yarışları 17-21 mayda Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.