FOTO
Güləşçilərimiz dünya çempionatına “İL’ Azero”nun geyimlərində çıxacaq

Məlum olduğu kimi, 20-28 oktyabrda Budapeştdə güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk olaraq Macarıstan paytaxtına “sərbəstlər” yollanıblar. Komanda səfərdən öncə rəsmi geyimi nümayiş etdirib.

AGF 1-ci dəfə milli brenddən yararlanıb. “İL’ Azero” şirkəti heyəti gözəl ölçüdə geyindirib. Dünya çempionatında iştirakı üçün məxsusi hazırlanan formada Azərbaycan bayrağının rənglərindən və milli naxışlardan istifadə olunub.

“Bir azərbaycanlı”nın təsisçisi İlqar İmamquliyev yarış zamanı Budapeştdə olacaq və bir sıra görüşlər keçirəcək.

Həmin kateqoriyadan