- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dünya Güləş Birliyi icraiyyə komitəsinin növbəti toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, iclasında qaydalar bəzi dəyişikliklər təsdiqlənib. Bunlar 2 apreldən qüvvəyə minəcək.
Maddə 21. Yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı video təkrara baxılmayacaq. Video təkrara yalnız məşqçi tərəfindən etiraz edilərkən (challenge) baxılacaq.
Maddə 47. Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəq. 30 san.) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərtilə məhdudlaşdırılıb.
– Neqativ güləş adlandırılan (negative wrestling) və qaydalara zidd hərəkətlərə görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Maddə 49. Güləşmədən qaçmağa (fleeing the hold) görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Maddə 50. Xalçadan qaçma (fleeing the mat) da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Maddə 52. Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlıq + rəqibə 1 xal verilməklə qiymətləndiriləcək.
– Yunan-Roma güləşində müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə əvvəlcə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.
Maddə 53. Qəsdən kobud qayda pozuntusuna (brutality) yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.