- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Sərbəst güləş üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.
Allsport.az xəbər verir ki, komanda geniş tərkibdə Qubaya yollanıb.
Quba olimpiya idman kompleksində təşkil edilən hazırlıq prosesi martın 10-dək davam edəcək. Təlim-məşq toplanışında böyüklərlə yanaşı, gənclərdən ibarət yığmamızın üzvləri də yer alıb.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifov, Oyan Nəzəriani, eləcə də U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 70-dən çox güləşçi həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində məşq edəcək. ABŞ-dan dəvət edilmiş fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi də xüsusi fiziki hazırlıq üzrə təmrinlərin həyata keçirilməsində yaxından iştirak edəcək.
Hazırlıq prosesində Qazaxıstan, Rusiya və Belçikadan sınaqçı-rəqiblər (sparrinq) də yer alıb.
Quba toplanışı Bakıda keçiriləcək məsul yarışlara – Avropa olimpiya təsnifat turnirinə (5-7 aprel) və U-23 Avropa çempionatına (20-26 may) hazırlıq xarakteri daşıyır.