- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
21-26 noyabrda Polşanın Bıdqoş şəhərində U-23 dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk dəfə təşkil olunan mübarizədə ilk olaraq yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar.
Baş məşqçi Şaban Donatın rəhbərliyi ilə Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Ləhistana yola düşüblər.
Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi ilə bu çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Bunlar Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolovadlr (69 kq).
Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə “sərbəstlər”dən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) mübarizəyə qoşulacaqlar.
Çempionatda hakim qismində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Qərib Əliyev təmsil edəcək.