- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İstanbulda Vəhbi Əmrə və Həmid Qaplanın xatirəsinə 34-cü beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, Əhməd Cömert İdman Salonunda keçirilən turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparıb.
Güləşçilərimiz turniri 2 bürünc medalla tamamlayıb. 59 kq-da mübarizə aparan Kərim Cəfərov və 66 kq-da təmsilçimiz İslambek Dadov bürünc medal qazanıb.
80 kq çəkidə güləşçimiz Emin Əhmədov və 98 kq çəki dərəcəsində Orxan Nuriyev bürünc medal uğrunda görüşdə uduzublar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.