- Baxış sayı: 50
- 29 Noyabr 2024 23:02
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləş millimiz vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığmamızı Heydər Əliyev beynəlxalq aeroportunda gənclər və idman nazirliyi və Azərbaycan güləş federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.
Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan millimiz medalların əyarına, Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə, son 5 ilin ən yaxşı nəticəsinə nail olub.
Tağımımı 10 çəkidən 5-ində təmsil olunub. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) isə bürünc medal qazanıb.