- Baxış sayı: 48
- 08 Aprel 2026 21:45
- Baxış sayı: 51
- Aprel 10, 2026
- 0

12-14 apreldə Antalyada yeniyetmə güləşçilər arasında “Zəfər” kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi ilə ölkəmizi bu sınaqda 23 yunan-Roma güləşçisi təmsil edəcək.
Bunlar Əli Cavadlı, Əli Musayev (hər ikisi – 45 kq), Ömər Salmanov, Yusif Mirzəyev, Ümid Babayev (hər üçü – 48 kq), Abdurrahman Hüseynli, Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov, Amin Məmmədov (55 kq), Elmir Çərkəzov, Elmir Abdulla (60 kq), Orxan Həbibli, Nihad Məhərrəmov (65 kq), Nadir Həsənov, Əli Məmmədov, İbrahim Babayev (71 kq), Ruslan Nuriyev, İsfahan Həsənov, Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq), Emin Baxşəliyev, Məhəmməd Mustafayev və Manaf Məmmədlidir (110 kq).
Sərbəst güləş üzrə millinin tərkibində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi ilə Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) yer alacaq.
Ənənəvi yarışda bizdən 2-ci dərəcəli beynəlxalq hakim Xəyal Əliyev ədaləti qoruyacaq.