Güləşçilərimizdən 2 medal

Antalyada güləş üzrə “Yaşar Doğu & Vəhbi Əmrə” turnirinə start verilib.

Allsport.az xəbər verir ki, Azərbaycan yığması ilk yarış günündə 2 medal qazanıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində 5 təmsilçimiz – Tural Mehtiyev, Fərid Sadıxlı (hər ikisi 55 kq), Ziya Babaşov (63 kq), Urfan Həsənli (72 kq) və Tuncay Vəzirzadə (82 kq) xalçaya çıxıblar. Onlardan Ziya gümüş, Tural isə bürünc medal əldə edib.

Qeyd edək ki, yarışın ikinci günündə Nihad Quluzadə, Elmir Əliyev, İlkin Qurbanov (hamısı 60 kq) və Laçın Vəliyev (87 kq) mübarizəyə qoşulacaq.

Həmin kateqoriyadan