- Baxış sayı: 285
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 95
- Dekabr 05, 2025
- 0

Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatının ilk günündə uğursuz çıxış ediblər.
Allsport.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan 4 güləşçinin hamısı məğlub olub.
61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqa qalib gəlsə də, ardınca qırğızıstanlı Taiyrbek Uuluya uduzub.
70 kq-da Məhəmməd-Bəşir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar Dojanovdan güclü olub. Lakin Xaniyev İran idmançısı Amirməhəmməd Yazdaniçeratinin müqavimətini qıra bilməyib.
86 kq-da Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Muru üstələsə də, Fransanı təmsil edən Rəhim Maqamadova yenilib.
125 kq-da Georgi Meşvildişvili 1/16 finalda bolqarıstanlı İslam Adizovu məğlub edib. O, növbəti raundda türkiyəli Taha Akgüllə bacarmayıb.