- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Güləş üzrə milli komandalarımız növbəti təlim-məşq toplanışına start verir. Allsport.az xəbər verir ki, sabahdan etibarən sərbəst, qadın və yunan-Roma üsulunda çıxış edənlər Quba olimpiya idman kompleksində məşqləri bərpa edəcək.
Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər həyata keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlərə da yer ayrılacaq.