- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Serbiyanın Zrenyanin şəhərində Rio-2016-ya vəsiqə verən Avropa təsnifat turniri davam edir. Allsport.az saytı xəbər verir ki, son yarış günündə daha 2 mübarizə aparıb. Təmsiləilərimiz olimpiya oyunlarına lisenziya qazanmasa da, onlardan biri rəqabəti 1 bürünc medalla başa vurub.
98 kq çəkidə yarışan yunan-Roma güləşçimiz Şalva Qadabadze Estoniyadan olan rəqibi Ardo Arusaarla gərgin keçən görüşü minimal hesabla uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə Şalva Finlandiyadan olan Tumas Lahtini mübarizədən kənarlaşdırıb. Bürünc medal görüşündə isə güləşçimiz Belarusdan Timafey Dzeiniçenka ilə qarşılaşıb. Bərabər hesabla bitən görüşdə qalib gələn Şalva Qadabadze Avropa təsnifat turnirinin bürünc medalına sahib olub.
Elis Manolova (69 kq) ilk görüşdə Polşadan Aqnieszka Kordusa məğlub olaraq mübarizəni erkən dayandırıb. Nəzərinizə çatdıraq ki, turnirin finalına yüksələn hər bir güləşçi olimpiadaya vəsiqəni təmin edib.