- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Mübarizəyə qoşulan 7 güləşçidən yalnız ikisi medal qazanmaq şansını saxlayıb. İsmayıl Rzayev (82 kq) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) qalib gələrək yarımfinala yüksəlib. İsmayıl yarımfinalda ermənistanlı Erik Matevosyanla qarşılaşıb və 2:1 hesablı üstünlüklə finala yüksəlib. İsmayıl Rzayev finalda türkiyəli Alperen Berberlə üz-üzə gələcək.
Ruslan Nurullayev isə (72 kq) yarımfinalda litvalı Rokas Çepauskasa 1:5 hesabıyla məğlub olub. O, sabah bürünc medal uğrunda güləşəcək.