- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin qran-prisi keçirilir. Allsport.az saytı xəbər verir ki, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edib.
İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monoqlustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.
Həlledici görüşdə o, Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edərək turnirin bürünc medalını qazanıb.